Azərbaycan mədəniyyəti

 

    Ulu öndərin 90 illiyinə həsr edilmiş bilik müsabiqəsi davam edir

  

   Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişAzərbaycan mədəniyyətimövzusunda uşaq musiqi incəsənət məktəblərinin şagirdləri arasında respublika bilik müsabiqəsinin zona turları davam edir. Müsabiqənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi müasir nailiyyətləri barədə gənclərə biliklərin aşılanması, böyüməkdə olan nəslin mənəvi estetik tərbiyəsinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliğidir.

   Saatlı şəhərində keçirilən zona turunda 11 rayonun - Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Laçın, Füzuli, Kəlbəcərin uşaq musiqi incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.

   Müsabiqə iştirakçıları əvvəlcə Saatlı şəhərində ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Şagird müəllimlər Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi rəsm qalereyası ilə tanış olublar.

   Sonra müsabiqəyə start verilib. Bilik müsabiqəsinin yekununda qaliblər müəyyən edilib. Müsabiqənin yekun turu qaliblərin təltif olunma mərasimi mayın 10-da Bakıda keçiriləcək.

 

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 5.