Stanford UniversitetindəOdlar Yurdunun musiqisi

 

   Aprel ayından etibarən ABŞ-ın Stanford Universitetinin (Kaliforniya ştatı) musiqi fakültəsində Azərbaycan musiqisi və mədəniyyəti kursu açılıb. Bu təhsil ocağı incəsənət və humanitar elmlər üzrə dünya universitetləri arasında ilk yeri tutur. “Odlar Yurdunun musiqisi” adlı kurs mahir kamança ifaçısı, San-Fransisko şəhərində yaşayan həmvətənimiz İmamyar Həsənov tərəfindən tədris edilir. Stanford Universitetinin məzunu Kristal Barqeleym isə kursun nəzəri aspektlərinin tədrisində ona yardım edir. Kurs ərzində universitet tələbələri Azərbaycanın zəngin musiqi mədəniyyətinin, xüsusilə muğamlarımızın həm praktik, həm də nəzəri aspektlərini mənimsəyəcək, kamança və digər musiqi alətlərində Azərbaycan mahnılarını ifa etməyi öyrənəcəklər.

 

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 11.