Uşaqların şəfqətli ədibi

 

   Zəngin yaradıcılığı ilə uşaq ədəbiyyatında özünəməxsus yeri olan görkəmli sənətkarlarımızdan biri də Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Xanımana Əlibəylidir.

  

   Xanımana Sabir qızı Əlibəyli 1920-ci il aprelin 20-də Bakının Keşlə kəndində ziyalı ailədə dünyaya göz açıb. Babası general Ağasəlim bəy və nənəsi Xanımana o dövrün yüksək təhsilli ziyalılarından olub. Atası Sabir bəy Əlibəyov Sankt-Peterburq Universitetini bitirmiş ilk ali təhsilli hüquqşünaslardan biri idi. Anası Məsumə xanım Qarayeva Hacı Zeynalabdin Tağıyevin məşhur Qızlar gimnaziyasını, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi. Bakının orta məktəblərində dərs demiş, rayon xalq maarif şöbəsinin müdiris. vəzifələrdə çalışmış, Əməkdar müəllim fəxri adına layiq görülmüşdü.

   Xanımana Əlibəyli erkən yaşlarından ədəbiyyata maraq göstərir. Altı yaşında ikən şeir yazır, orta məktəbdə gənc istedadların şeir müsabiqəsində birinci yerə layiq görülür. Respublikanın o vaxtkı rəhbəri Mircəfər Bağırov tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılması onu yaradıcılığa daha böyük tellərlə bağlayır...

   Lakin orta təhsilini başa vurduqdan sonra atasının arzusu ilə sənədlərini indiki Tibb Universitetinə verir və qəbul olunur. 1942-ci ildə təhsilini başa vurduqdan sonra Masallı rayonuna təyinat alır. Qızılavar kənd tibb məntəqəsində əmək fəaliyyətinə başlasa da, ikinci ali təhsil almaq fikrinə düşür. Bu məqsədlə indiki BDU-nun filologiya fakültəsinə daxil olur...

   Müharibə illərində Xanımana Əlibəyli hərbi hospitalda, müharibədən sonra isə Bibiheybətdəki 13 saylı məsləhətxanada uşaq həkimi işləyir. Bununla belə, ədəbiyyata olan böyük marağı səngimir, 1938-ci ildən dövri mətbuatda şeirləri dərc olunur. “Balaca həkim” adlı ilk kitabı 1955-ci ildə “Uşaqgəncnəşr”də çapdan çıxır. Bundan sonra həyatını uşaq ədəbiyyatına həsr edir. 30-dan çox kitab, 10-a yaxın uşaq pyesi nəşr etdirir. Əsrarəngiz yaradıcılığı onu yeniyetmə və gənc oxucuların sevimlisinə çevirir, uşaqlara zərif, poetik duyğular aşılayır:

  

   Qışda şaxtada, buzda,

   Günəş çimir hovuzda.

   Bərk istisində yayın,

   Çimir suyunda çayın.

   Odur ki, par-par yanır,

   Hər tərəf işıqlanır.

   Qoy gətirim ləyəni,

   Su tök çimizdir məni.

   Ay ana, böyüyəndə

   Günəş olaram mən .

  

   Aycan”, “Dovşanın ad günü”, “Ləpələrin nağılı”, “Gözəllər gözəli başqa əsərləri kiçik oxucular tərəfindən məhəbbətlə qarşılanır... 1953-cü ildə görkəmli ədiblər Mirvarid Dilbazi Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqının üzvü olur.

   Xanımana Əlibəylinin yaradıcılığı geniş ictimaiyyətlə bərabər, dövlət tərəfindən yüksək qiymətləndirilir.Aycanpyesinin uğurlu tamaşası münasibətilə yaradıcı heyətin üzvləri - rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə Axundova baletmeyster Nailə Nəzirova ilə birlikdə Dövlət mükafatı ilə təltif olunur. 1991-ci ildə Əməkdar incəsənət xadimi adına, 1998-ci ildə Prezident təqaüdünə layiq görülür.

   Ədib, uşaqlar üçün pyeslərlə yanaşı, “Aman ovçu”, “ çəmən”, “Ulduzların qucağında”, “Bir yay səhəri”, “Çoxbilmiş çəpişlər”, “Məni günəşə at!”, “Meşə həkimi”, “Sevimli şəhid babam başqa poemaların müəllifidir. Onun poemaları təbiət təsvirləri ilə çox zəngindir.Meşə həkimipoemasını bu məziyyətlərinə görə xüsusi qeyd etmək lazımdır:

  

   Salıb meşəyə haray

   Axır gümüş rəngli çay,

   Bir tərəfdə diz çöküb

   Söyüd çaydan içir su,

   Hörüklərini töküb

   Çimir, qaçır yuxusu.

  

   Ən maraqlı və məşhur əsərlərindən biri də “Dovşanın ad günü” poemasıdır. Bu əsərdə heyvanlarquşlar aləmini - çəpişi, quzunu, xoruzu, tülkünü, kirpini, meymunu, qazı, durnanı, iti bir məclisdə təsvir edir, onların təqdimi üçün hər bir obrazın səciyyəvi əlamət və cizgilərini əks etdirən özəlliklər tapır və uğurlu şeir parçaları ilə balaca oxuculara çatdırır.

   Onun dram əsərlərinin (“Gözəllər gözəli”, “Nişanlı quş”, “Aycan”, “Cunquş”, “Kənd həkimi”, “Durnalar lələk salır”, “Meyvələrin şahı” və s.) bir çoxu Gənc Tamaşaçılar və Dövlət Kukla teatrlarında tamaşaya qoyulub. Kukla Teatrı 1980-ci ildə Hindistana qastrol səfərinə dahi Ü.Hacıbəylinin “Məşədi İbad” və X.Əlibəylinin “Cunquş” tamaşası ilə gedir. Hər iki tamaşa rəğbətlə qarşılanır və bu uğurdan sonraCunquş” əsəri respublikanın Dövlət mükafatına layiq görülür...

   Xanımana Əlibəyli 2007-ci il mayın 7-də dünyasını dəyişsə də, ölməz əsərləri onu yaddaşlarda əbədi yaşadır.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 15.