Romada Azərbaycan mədəniyyəti gecəsi

 

   Aprelin 22-də Avropanın ən qədim böyük təhsil ocaqlarından biri olan Romanın La Sapienza Universitetində Azərbaycan mədəniyyəti gecəsi keçirilib.

   Xaricdə Təhsil Alan Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumundan (ASAİF) bildiriblər ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Tevere İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Türkiyənin Vatikandakı səfiri Kenan Gürsoy xanımı Belkis Gursoy, professorlar tələbələr iştirak ediblər.

   Gecəni giriş sözü ilə açan Sapienza Universitetinin professoru Antonello Biagini Azərbaycan İtaliya arasında əlaqələrin əhəmiyyətindən danışıb. Professor Fabio Grassi Azərbaycanın özünəməxsus qədim tarix mədəniyyətə malik ölkə olduğunu diqqətə çatdırıb. “La Repubblica democratica dell'Azerbaijan (1918-1920) i documenti militari italianikitabının müəllifləri Daniel Pommier Andrea Carteny çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti haqqında ətraflı məlumat veriblər.

 

 

   Mədəniyyət.- 2013.- 24 aprel.- S. 2.