Ölkəmizin mədəni irsi beynəlxalq portalda

 

   Xəbər verdiyimiz kimi, İtaliyanın Romualdo del Bianco Fondunun prezidenti Paulo del Biyanko Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyiMilli irs mükafatı”na layiq görülüb. Ölkəmizə səfərindən və bu mükafatla təltif olunmasından məmnunluğunu bildirən qonaq ikitərəfli qarşılıqlı əlaqələrdən söz açıb.

   Dünyanın mədəni irs abidələri ilə bağlı internet portal işləyib hazırladıqlarını bildirən Paulo del Biyanko Mədəniyyət və Turizm Nazirliyi ilə razılığa əsasən, bu portalda Azərbaycanın maddiqeyri-maddi irs nümunələrinin də öz əksini tapacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu işlərin görülməsində əsas məqsədləri mədəniyyətlər arasında dəyərlərin başa düşülməsi, öyrənilməsi və mübadiləsidir. Qonaq bildirib ki, www.lifebeyondtourism.org portalına daxil olanlar Azərbaycanın mədəni və tarixi irs nümunələri haqqında da məlumat ala bilərlər.

 

 

    Mədəniyyət.- 2013.- 24 aprel.- S. 15.