Ölkəmiz beynəlxalq “Alaniyasimpoziumunda təmsil olunur

 

   Avqustun 1-dən Vladiqafqazda VII Beynəlxalq “Alaniya” simpoziumu başlanıb.

   Simpozium Rusiya Federasiyasının Mədəniyyət və Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət və Kütləvi Kommunikasiya nazirliklərinin birgə dəstəyi ilə təşkil edilib. İtaliya, Türkiyə, Almaniya, İsrail, Serbiya, Xorvatiya, Böyük Britaniya, Gürcüstan, Azərbaycan, Dağıstan, Şimali Osetiya-Alaniyadan olan 20 iştirakçı 15 gün ərzində müasir incəsənət sahəsində layihələrini reallaşdıracaq.

   Bu il simpoziumun proqramı çox zəngindir. Tədbir çərçivəsində Şimali Qafqazın gənc rəssamlarının ikinci forumu keçiriləcək. Gənc rəssamlar bir-birlərinin işləri ilə tanış olmaq, ustadlardan məsləhət almaq, onların fikirlərini öyrənmək, müasir incəsənət haqqında mühazirələri dinləmək imkanı əldə edəcəklər.

   VII Beynəlxalq “Alaniyasimpoziumu avqustun 15-dək davam edəcək.

 

Mədəniyyət.- 2013.- 2 avqust.- S. 2.