Saib Təbrizinin ana dilində şeirlərinin elmi-tənqidi mətni

 

   XVII əsrin böyük Azərbaycan şairi Saib Təbrizinin türkcə şeirlərinin elmi-tənqidi mətni “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildiriblər ki, tədqiqatçı Məhəmmədəli Hüseyni mətni tərtib edərkən şairin əsər-lərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan 4 nüsxəsindən istifadə edib.

   Nəşrin elmi redaktoru AMEA-nın Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. O, kitaba yazdığı “Ön söz”də tən-qidi mətnin Saib Təbrizinin anadilli şeirlərinin indiyədək işıq üzü görmüş nəşrlərində ge-dən çoxsaylı səhvlərə son qoyacağını qeyd edib.

 

Mədəniyyət.- 2013.- 7 avqust.- S. 15.