Gürcüstanda “Borçalı harayı” kitabı nəşr olunub

 

   Gürcüstan paytaxtındakı “Tbiliselebi” nəşriyyatı tərəfindən jurnalist Nizami Məmmədzadənin yeni kitabı nəşr olunub. “Borçalı harayı” adlanan kitabdakı eyniadlı sənədli povestdə 1918-ci il Ermənistan - Gürcüstan müharibəsinin acı nəticələrindən, soydaşlarımızın başına gətirilən vəhşiliklərdən, eyni zamanda Borçalıda yaşayan azərbaycanlıların erməni qəsbkarlarına qarşı mübarizəsindən bəhs olunursonda torpaqlarımızın itirilməsindən söhbət açılır. Yeni işıq üzü görən kitabda müəllifin son illərdə qələmə aldığı publisistik yazıları, hekayə və şeirləri də toplanıb.

    Qeyd edək ki, yeni nəşr AYB-nin üzvü, jurnalist Nizami Məmmədzadənin 6-cı kitabıdır.

 

Mədəniyyət.- 2013.- 21 avqust.- S. 2.