Kopenhagendə Azərbaycan məktəbi

 

Danimarkanın paytaxtı Kopenhagendə azərbaycanlı uşaqlar üçünAna dili” məktəbi fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyətinin təşkil etdiyiAna dili” məktəbinin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlı uşaqlara və gənclərə ana dili, həmçinin Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və s. fənləri tədris etməkdir.

   “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi deyir ki, “Ana dili” məktəbində oxuyan uşaqlar artıq danimarkalı dostlarının Azərbaycan haqqında suallarını ətraflı cavablandıra biləcəklər.

   İlk dərs günündə uşaqları və valideynləri salamlayan S.Sadiqi məktəbin açılmasında zəhməti olan Danimarkadakı bütün həmvətənlərimizə, göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə təşəkkürünü bildirib. “Ana dili” məktəbində dərslər hər həftənin şənbə günü keçiriləcək.

 

Mədəniyyət.- 2013.- 28 avqust.- S. 4.