Tanınmış folklorşünas alim vəfat edib

 

Tanınmış folklorşünas alim, filologiya elmləri doktoru, Gəncə Dövlət Universitetinin professoru, Sədnik Paşa Pirsultanlı vəfat edib.

   Sədnik Xəlil oğlu Paşayev (Pirsultanlı) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 40-dan çox kitabın müəllifidir.

   1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 2007-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülüb, 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub. Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin, Aşıq Şəmşirin, Xəstə Qasımın yaradıcılığının tədqiqatçısı kimi tanınıb. Müntəzəm olaraq televiziya radioda, mətbuatda çıxış edirdi. Azərbaycan Dövlət Televiziyası onun haqqında «Pirsultanlı» adlı sənədli film çəkib.

   Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2013.- 28 avqust.- S. 11.