Sloveniyada Gəncənin təqdimatı

 

Avqustun 17-dən 28-dək Sloveniyanın Gorenje pri Zrecah şəhərində keçirilmişİntercultural sports Youth Exchange” adlı beynəlxalq tədbir çərçivəsində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncə Avropa Gənclər Paytaxtı-2016” mövzusunda təqdimat mərasimi keçirilib.

   Mərasimdə Azərbaycan və Gəncə, ümumən müsabiqə haqqında ətraflı məlumat verilibfilm nümayiş olunub. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Sloveniya, Gürcüstan, NorveçBelarusdan ümumilikdə 60 gənc iştirak edib.

   İntercultural sports Youth Exchange” beynəlxalq tədbirinin rəsmi tərəfdaşlarından biriOdlar Yurdu” Gənclər İctimai Birliyidir. Azərbaycanın 5 nəfərlik nümayəndə heyəti ilə təmsil olunduğu layihənin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkilinə dair maarifləndirmə və gənclərin yeni vərdişlərə yiyələnmələrinə yardım etməkdir.

 

Mədəniyyət.- 2013.- 30 avqust.- S. 4.