Şeir müsabiqəsinin qalibləri təltif olunub

 

Noyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin və iştirakçılarının təltifolunma mərasimi keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbas, Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Məlikməmmədova, şairin yaxın qohumu Qorxmaz İbrahimli, filologiya üzrə fəlsəfə doktoru, professor Qurban Bayramov, Mədəniyyət və Turizm İdarəsi və paytaxtın Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları iştirak edirdi.

İştirakçıların çıxışlarında Məmməd Araz yaradıcılığına bir daha nəzər salındı, şairin Azərbaycan poeziyasında əvəzsiz xidmətlərindən söz açıldı. Sonda müsabiqə qaliblərinin təqdimatında kompozisiya, şairin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.

 

Şəbnəm Babaşova,

Səbail rayon MKS-nin Metodikabiblioqrafiya şöbəsinin müdiri

 

Mədəniyyət.- 2013.- 4 dekabr.- S. 15.