Ulu öndərin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi

 

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrinin təqdimatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.

 

Konsert Rusiyanın Xalq artisti Dmitri Lissin dirijorluğu ilə gerçəkləşib. Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsertdə iştirak etməkdən şərəf duyduğunu bildirən rusiyalı sənətkar proqrama dahi şəxsiyyətin sevimli əsərlərinin - Azərbaycan, Rusiya digər ölkə bəstəkarlarının musiqilərinin daxil edildiyini deyib: “Bu konsert bizim üçün xüsusilə təsirlidir. Ona görə ki, orkestr üzvlərinin əksəriyyəti vaxtilə şəxsən Heydər Əliyevlə görüşmüş insanlardır. Azərbaycan xalqının ümummilli lideri ilə orkestrin bədii rəhbəri baş dirijoru, SSRİ Xalq artisti Vladimir Fedoseyev arasında səmimi münasibətlər olub”.

Gecə dahi bəstəkar Üzeyir HacıbəylininKoroğluoperasından uvertüranın ifası ilə başlanıb. Konsertdə Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov Niyazinin əsərləri səslənib. Həmçinin dünya klassikası - İohannes Brams, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov, Georgi Sviridov Frans Vaksmanın ölməz əsərləri təqdim olunub.

Orkestrin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Aygün Zeynalova, solist Afaq Abbasova skripkaçı Elvin Qəniyev çıxış ediblər.

1930-cu ildə yaradılmış Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrə 1974-cü ildən SSRİ Xalq artisti Vladimir Fedoseyev rəhbərlik edir. Orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda çıxış edib.

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 8.