İtaliya jurnalında Azərbaycan haqqında məqalə

 

İtaliyanın “Longitude” jurnalında Azərbaycanın sürətli inkişafından və paytaxt Bakıdan bəhs edən məqalə dərc olunub. Azərbaycanın iqtisadi inkişafından bəhs edən müəllif vurğulayır ki, ölkəmizdə sürətli dəyişikliyin şahidi olmaq üçün paytaxt Bakının müasir mənzərəsini seyr etmək kifayətdir. Qədim abidələr və müasir incəsənətin rəmzi sayılan “Alov qüllələri” kompleksi və digər çoxmərtəbəli binalar Bakıya xüsusi gözəllik verir.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycanın qonşu ölkələrlə yaxşı münasibətləri mövcuddur. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Bu da Azərbaycanda tolerant mühitin hökm sürdüyünü bir daha təsdiqləyir.

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 10.