Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi qeyd edildi

 

“ADMİU respublikamızda gedən mədəni proseslərdə, yaradıcı mühitin formalaşmasında müstəsna əhəmiyyətə malikdir

 

Dekabrın 19-da Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirdən əvvəl iştirakçılar ADMİU-nun rəssamlıq fakültəsinin tələbələrinin, universitetin müəllimlərinin teatrın foyesində sərgilənmiş rəsm nümunələri, elmi və tədrisi metodik əsərləri ilə tanış oldular.

 

Yubiley mərasimi Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 mart tarixli sərəncamının oxunuşu ilə açıq elan edildi. ADMİU-nun rektoru, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev ölkəmizdə elmə, mədəniyyətə göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı universitetin kollektivinin böyük sevincinə səbəb olub: Bu qərar ölkəmizdə təhsil sisteminin tərəqqisinə, milli maarifçilik ənənələrimizin uğurla davam etdirilməsinə dövlətimizin başçısı tərəfindən göstərilən böyük diqqət və qayğının daha bir əyani təzahürüdür”.

Rektor tədris ocağının tarixi haqqında məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd etdi ki, Mədəniyyət və İncəsənət Universiteti 90 yaşını təhsil və yaradıcılıq sahəsində böyük nailiyyətlərlə qeyd edir. Təhsil müəssisəsinin tarixi 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarına əsasən Bakı Teatr Məktəbinin yaradılması ilə başlayır: “Məşhur sənətkarımız, MilanKiyev şəhərlərində təhsil almış, opera səhnəmizin ilk professional müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın təşəbbüsü ilə yaradılmış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demişonun inkişafında xidmətləri olmuş sənətkarlardan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tuqanov, Rza Sarabski və başqalarının adları xüsusi qeyd olunmalıdır. Teatr Məktəbinin ilk məzunları içərisində Fatma Qədri, Rza Əfqanlı, Şüa Şeyxov, Hacıməmməd Qafqazlı, sonrakı illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Ələsgər Şərifov, Gülxar Həsənova, Nəsibə Zeynalovabaşqa tanınmış sənətkarlar olmuşlar”.

1968-ci ildə ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırıldı. Tədris sahəsində yeni dərs vəsaitləri, proqramlar hazırlandı. Respublika teatrları üçün kadr hazırlığı ildən-ilə genişləndirildi. Sonrakı illərdə aspirantura yolu ilə kadr hazırlığına xüsusi diqqət yetirildi. Müəllimlər keçmiş SSRİ-nin müxtəlif ali təhsil ocaqlarında ixtisasartırma və təkmilləşdirmə kurslarında təcrübə keçdilər. İnstitutun yetirmələri olan aktyorlar Səməndər Rzayev, Hamlet Xanızadə, Mikayıl Mirzə bu ali təhsil ocağına müəllim kimi işə cəlb edildilər. 1991-ci ildə təhsil ocağı universitet statusu qazandı.

Rektor qeyd etdi ki, sadalanan nailiyyətlər - ADMİU-nun mədəniyyət sahələrini kompleks şəkildə əhatə etməsi, çox profilli ixtisas şəbəkəsinin yaradılması - ali məktəbə universitet statusunun verilməsi üçün ciddi əsas oldu: “Bu gün ADMİU respublikanın ictimai və mədəni həyatında yaxından iştirak edir. Bir çox nüfuzlu, beynəlxalq tədbirlərin, bayram proqramlarının hazırlanmasında müəllim və tələbələrimizin əməyi böyükdür. Universitetimizdə ardıcıl surətdə beynəlxalq konfranslar, simpoziumlar keçirilir. Ötən illər ərzində biz bir çox nailiyyətlərə imza atmışıq. Azərbaycanın müstəqilliyi universitetimizin də inkişafına, beynəlxalq aləmdə tanınmasına təkan vermişdir. Biz bu imkandan istifadə edərək Azərbaycan mədəniyyətinin dünyada tanınmasına çalışırıq”.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov zəngin ənənələrə malik olan ADMİU-nun şərəfli tarixi yol keçdiyinibu ənənələrin uğurla davam etdirildiyini söylədi. Bildirdi ki, mədəniyyət tariximizə böyük sənətkarlar bəxş etmiş universitetin müasir təhsil sistemimizdə yeri əvəzsizdir.

Sonra nazir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamına əsasən fəxri adlara layiq görülmüş əməkdaşlara mükafatları təqdim etdi. Universitetin bir sıra əməkdaşlarına səmərəli pedaqoji fəaliyyətlərinə görə Təhsil Nazirliyinin diplom və mükafatları da təqdim olundu.

Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov da kollektivə yubiley təbriklərini çatdırdı.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mərasimdə çıxış edərək nazir Əbülfəs Qarayevin təbrik məktubunu yubiley iştirakçılarının nəzərinə çatdırdı. Ədalət Vəliyev bildirdi ki, ölkə rəhbərliyinin mədəniyyətə ayırdığı diqqətin sayəsində bu gün ADMİU da bu şəraitdən yararlanır. Kadrların hazırlanmasında bu təhsil ocağı mühüm rol oynayır. ADMİU qabaqcıl ali təhsil müəssisəsi olmaqla yanaşı, respublikamızda gedən mədəni proseslərdə, yaradıcı mühitin formalaşmasında müstəsna əhəmiyyətə malikdir: “Mədəniyyətimizin inkişafı, o cümlədən zəngin mədəni irsin qorunması istiqamətində universitetin bütün kollektivini 90 illik yubiley münasibətilə təbrik edir, yeni yaradıcı və pedaqoji uğurlar arzulayıram”.

Sonra respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorlarının təbrikləri dinlənildi. Gürcüstan, Türkiyə, Rusiya universitetlərinin rəhbərlərinin də təbrikləri səsləndi.

Tədbirin rəsmi hissəsinin sonunda ADMİU-nunyubiley iştirakçılarının adından ölkə rəhbərliyinə müraciət ünvanlandı.

Rəsmi hissədən sonra mərasim konsert proqramı ilə davam etdi. Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirdilər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 4.