Yazıçılar Birliyinin yeni saytı təqdim olunub

 

Dekabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “NatəvanklubundaMətbuat ədəbiyyatmövzusunda dəyirmi masa keçirilib. Tədbirdə kütləvi informasiya vasitələrində mədəniyyət xəbərlərinin, ədəbi-bədii prosesin işıqlandırılması vəziyyəti müzakirə edilib.

Bildirilib ki, bu gün qəzet, sayt portallarda, telekanallarda Azərbaycan ədəbiyyatının araşdırılmasına, təbliğinə lazımi diqqət göstərilmir. Bunun da başlıca səbəblərindən biri ədəbi resurslardan lazımi səviyyədə istifadə edilməməsidir. Bu istiqamətdə boşluğu aradan qaldırmaq məqsədilə Yazıçılar Birliyinin www.ayb.az ünvanlı yeni saytı hazırlanıb.

Vurğulanıb ki, AYB-nin rəsmi saytının (www.azyb.net) olmasına baxmayaraq yeni yaradılan sayt daha səmərəli fəaliyyət göstərməklə yanaşı, həm hər bir yaradıcı insan üçün açıq olacaq.

İnteraktiv sayt yazıçı şairlərin əsərlərinin geniş təbliği oxucu kütləsinə çatdırılmasında mühüm rol oynayacaq. Saytda 10-a yaxın bölmə var, internet resurs daim yenilənəcək dünya ədəbiyyatının Azərbaycan oxucularına çatdırılmasına xidmət edəcək.

 

Mədəniyyət.- 2013.-29 dekabr.- S. 13.