“24 kadrqısametrajlı film festivalına yekun vurulub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən gənc rejissorların “24 kadrqısametrajlı film festivalına yekun vurulub. MetroparkTicarət Əyləncə Mərkəzindəki “Park Cinema”da keçirilən mərasimdə birinci, ikinci üçüncü yerləri tutan gənc rejissorlara diplom pul mükafatları (700, 500, 300 manat) təqdim edilib.

25 gənc rejissorun 34 bədii sənədli ekran işinin təqdim olunduğu festivaldaFəridin dünyasıfilminin rejissoru Leyla Qəmbərli qalib adını qazanıb. Pulfilminin rejissoru Cavid Camalov ikinci, “Əlvida, mənim dostumfilminin rejissoru Dilarə Vəliyeva isə üçüncü yeri tutub.

Ən yaxşı aktyornominasiyası üzrəPulfilmində baş rol ifaçısı Səbuhi Bayramov, “Ən yaxşı ssenaristnominasiyası üzrəMən kimə lazımamfilminin ssenari müəllifi Rüstəm İbrahimli, “Ən yaxşı operator” nominasiyası üzrəBakıda Polşa memarlarının izlərifilminin operatoru Asif Qəhrəmanov, “Ən gənc rejissornominasiyası üzrə isə festivalın altı yaşlı iştirakçısı Mələk Bağıyeva xüsusi diplomlarla təltif olunublar.

Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, münsiflər heyətinin üzvləri Fehruz Şamıyev Qurban Məsimov bu cür festivalların Azərbaycanda kino sənətinin inkişafına töhfə verdiyini bildiriblər.

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 15.