Turizm İnstitutunda mədəniyyət menecerləri hazırlanacaq

 

   Turizm şirkətləri ilə mədəniyyət müəssisələrinin qarşılıqlı əməkdaşlığının zəif qurulması hazırda müzakirə olunan məsələlərdən biridir. Bu müzakirələr maraqlı bir məqamı gündəmə gətirir.

  

   Bəzi mütəxəssislərin fikrincə, yaranmış vəziyyətin əsas səbəblərindən biri Azərbaycanda mədəniyyət menecerlərinin sayının az olmasıdır. Bir sıra mədəniyyət müəssisələrində müasir dövrün tələbinə uyğun idarəçiliyin təşkili, marketinq, reklam işinin aparılması, xidmətlərin bazarın tələblərinə uyğunlaşdırılması sahəsində problemlər var.

   Maraqlıdır, ölkəmizin ali məktəblərinin ixtisas-təsnifat siyahısında mədəniyyət idarəçiliyi ixtisası yoxdur. Təhsilin bir çox istiqamətlərində ilklərə imza atan Azərbaycan Turizm İnstitutu isə növbəti tədris ilindən mədəniyyət sahəsində menecerlərin hazırlığına başlayacaq. İnstitutun prorektoru Eldar Aslanovun sözlərinə görə, bu məsələ ATİ-nin 2016-cı ilə qədər hazırlanmış strategiyasında da əksini tapıb: “İnstitutumuz turizm təhsili üzrə ixtisaslaşsa da, tabe olduğumuz nazirlik ölkədə mədəniyyət və turizm siyasətini həyata keçirdiyinə görə mədəniyyət sahəsində də baş verən dəyişikliklərə, inkişafa bir ali məktəb olaraq töhfə vermək borcumuzdur. Bu istiqamətdə artıq bir sıra addımlar atılıb. Bir müddət əvvəl Avropa Şurasının Mədəni irs departamentinin rəhbəri Robert Palmerin ölkəmizə səfəri zamanı bizim institutda geniş görüş oldu, ATİ-də mədəni irs kafedrasının yaradılması ilə əlaqədar müzakirələr aparıldı. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu ilə yaxında əməkdaşlıq müqaviləsi imzalayacağıq. ATİ muzeyşünaslıq və abidələrin qorunması ixtisası üzrə kadr hazırlığı həyata keçirir. Amma bu kifayət etmir. Mədəniyyət və turizm sahələrinin qarşılıqlı əlaqələri gücləndirilməlidir. Turizm şirkətləri turistlərə müxtəlif mədəni proqramlar təklif etməlidirlər. Asudə vaxtın səmərəli təşkili üçün muzeylər, teatrlar, konsert salonları, rəsm qalereyaları operativ işləməlidir. Sözsüz ki, burada elə məsələlər var ki, bilavasitə şirkətlərin fəaliyyətinə aiddir, bizbu işə kömək etmək istəyərik”.

   Həmsöhbətimiz qeyd etdi ki, gələn ildən ATİ-də mədəniyyət sahəsində menecmentmarketinq ixtisaslarının açılması nəzərdə tutulur. Bu plan əsasında təxminən 20 nəfərin qəbul edilməsi nəzərdə tutulur: «Tələbə sayı və ümumi dərs yükü normativləri ödədiyi halda mədəni irs kafedrasını açmağı nəzərdə tuturuq. Bu kafedra bir tərəfdən Azərbaycanın mədəniyyətinin, xüsusilə mədəni irsinin elmi əsaslandırılmış təbliğinə hesablanan bir görməlidir, digər tərəfdən isə klassik muzeyşünaslıq, menecmentmarketinq ixtisasları üzrə kadr hazırlığını aparacaq. Burada söhbət yalnız bakalavr hazırlığından getmir. Biz bu istiqamətdə yüksək ixtisaslı kadr hazırlığını da həyata keçiririk. ATİ-nin məzunu olan mədəniyyət menecerlərinin işləmək üçün əlində konsepsiyalar, maraqlı tədqiqatlar, üsullar olmalıdır ki, çalışdıqları mədəniyyət müəssisələrini inkişaf etdirə bilsinlər. Onun üçünciddi elmi tədqiqatlar aparılmalıdır. Bu məqsədlə ötən il doktorantura mərhələsində mədəniyyətlə bağlı müxtəlif ixtisaslar üzrə qəbul həyata keçirmişik. Bunlar etnoqrafiya, etnologiya, antropologiya, müqayisəli tarix, müqayisəli-tipoloji dilçilik, mədəniyyətin nəzəriyyəsi və tarixi, muzeyşünaslıq, tarixi-mədəni abidələrin mühafizəsi və bərpası ixtisaslarıdır. Hazırda bu ixtisaslarda 10-dan çox doktorantımız təhsil alır. Bu yaxınlarda Bakıda olan muzeylərin marketinq strategiyasının hazırlanması istiqamətində fəlsəfə doktorluğu dissertasiyasının tədqiqat planının müzakirəsi keçirildi. Olduqca maraqlı fikirlər səsləndirildi».

   Eldar Aslanov bildirdi ki, bu istiqamətdə görülən daha bir ötən il ATİ-nin Təlim Mərkəzində animatoryaxud asudə vaxt meneceri ixtisası ilə kadr hazırlığına başlanılmasıdır. Amma təəssüf ki, bir sıra səbəblərdən bu hələlik yarımçıq qalıb: «Biz bu sahənin mütəxəssislərini də dəvət etmişdik. Lakin böyük hotel və istirahət mərkəzlərimizdə xüsusi proqramlar, amfiteatrlar olmadığına və bu səbəbdən də belə kadrlara tələbat duyulmadığına görə kurslara maraq zəif oldu. Lazım olan sayda qrup yığılmadığına görə hələlik bu kursları təxirə salmışıq. Dünya praktikasında da bu təcrübə var ki, xüsusilə yay aylarında gənc aktyorlar hotel və istirahət mərkəzlərində turistlərin asudə vaxtlarının təşkilində böyük rol oynayırlar”.

   Prorektor adıçəkilən istiqamətdə peşə təhsili üzrə mütəxəssislərin də yetişdirilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, ilkin orta ixtisas təhsili standartlarında bir ixtisas var: xalq yaradıcılığı ustası: «Biz istəyirik bu ixtisas üzrə kadr hazırlayaq. Amma bunun üçün lazım olan emalatxanalarımız, bazamız yoxdur. Fikrimiz odur ki, Bakı Turizm Peşə Məktəbində xalq yaradıcılığı ustalarının köməyi ilə toxuma, oyma, misgərlik sahəsi üzrə suvenir məhsulları hazırlayan kadrları yetişdirək. Xüsusilə bölgələrimizdə yaradılacaq peşə məktəblərində belə kadrların hazırlanması yaxşı olardı. Beləliklə, həm peşə, həm bakalavr, həm də magistraturadoktorantura səviyyəsində mədəniyyət idarəçiliyi sahəsində kadr hazırlığı ilə bağlı işlər görmək niyyətindəyik. Çünki ölkəmizdə mədəniyyət inkişaf edirbu sahə dotasiya ilə yaşamaq vərdişindən yavaş-yavaş uzaqlaşmalı, ölkəmizin ümumi daxili məhsulunda önəmli paya sahib sahəyə çevrilməlidir”.

  

 

     Fəxriyyə Abdullayeva

 

     Mədəniyyət.- 2013.- 15 fevral.- S. 9.