Arxeolojiekoloji miras

 

   Ölkəmiz Qara dəniz turizm sərgisində təmsil olunub

  

   Fevralın 14-dən 17-dək Türkiyənin Ordu şəhərində Qara dəniz turizm sərgisi keçirilib.

 

   Bu şəhərdə birinci dəfə təşkil olunan sərgidə ölkəmizi “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Heritage Travel” turizm şirkəti təmsil edib. Ziyarətçilərə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, habelə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və “Heritage Travelturizm şirkətinin nəşrləri - müxtəlif kitablar, jurnallar, CD-lər paylanıb. Açılış mərasiminin bədii hissəsində Qara dəniz bölgəsindən olan müxtəlif sənətçilərlə yanaşı, “Mirasİctimai Birliyinin musiqi qrupu da Azərbaycan muğamlarını təqdim edib.

   Mirasİctimai Birliyi həmçinin Türkiyənin Ordu Universitetində “Arxeolojiekoloji mirasmövzusunda seminar keçirib. Tədbirdə qurumun hazırladığı “Azərbaycan abidələr diyarıdır” sənədli filmi nümayiş olunub. İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Azərbaycanda ekoarxeoloji araşdırmalar”, qurumun sədr müavini Arzu SoltanAğsuda arxeoloji qazıntılar və “Mirasİctimai Birliyimövzusunda məruzələrlə çıxış ediblər. Ordu Universitetinin rektoru, professor Tarık Yarılqaç maraqlı seminar üçünMirasİctimai Birliyinin nümayəndə heyətinə təşəkkür edib.

 

Mədəniyyət.- 2013.- 20 fevral.- S. 8.