Şair İsgəndər Etibarın 75 illiyi qeyd olundu

 

   Fevralın 21-də Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda tanınmış şair İsgəndər Etibarın anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbirin təşkilatçısı Sona Xəyal şairin həyat yaradıcılığı haqqında məlumat verdikdən sonra qiraət ustası Əli Nur öz ifası ilə tədbirə qatılanları salamladı. Yubiley gecəsində şairinSınmayan güzgüadlı satirik şeirlərindən ibarət kitabının II cildi oxuculara təqdim edildi. Şair həyat sənət yolundan söz açdı: “Elə böyük tərcümeyi-halım yoxdur. 1937-ci ilin soyuq fevral günündə doğulmuşam ölümün qoynuna qaçış marafonuna çıxmışam. Atam həyata dərindən müdaxilə edən, görüb-götürən kişi idi. Məndə ilham toxumunu cücərdən ondan uşaq yaşlarımda eşitdiyim hikmətli sözlər olub. Təqdim olunan kitabın I cildi bir neçə ay əvvəl oxucuların ixtiyarına verilmişdi, bu gün isə nəşrin II cildini, 75 illik yubileyim ərəfəsində dostlarıma təqdim etmək fikrindəyəm”.

   Tədbirdə iştirak edənlər qeyd etdilər ki, İsgəndər Etibar klassik Azərbaycan eləcə Şərq ədəbiyyatının gözəl bilicisidir. Onun yazdıqları ilə tanış olan zaman M.Ə.Sabir, R.Əhmədzadə, B.Pünhan kimi şairlərimiz yada düşür.

   Tədbirdə şairin yaxın qələm dostları ailə üzvləri iştirak edirdilər.

 

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.-22 fevral.- S. 11.