Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Avstriyada səfərdə olub

 

Vyana, Krems və Zalsburq şəhərlərində dövlət qurumları və turizm təşkilatlarında görüşlər keçirilib

  

   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin potensialının gücləndirilməsi" üzrə Tvinninq layihəsi çərçivəsində Avstriyaya tanışlıq səfəri edib. 29 iyun - 1 iyul tarixlərində gerçəkləşən səfər zamanı paytaxt Vyanada Avstriya Mehmanxana Assosiasiyası, “MRP” konsaltinq şirkəti, Avstriya Milli Turizm Şurası, “Mondial Travel” şirkəti, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO), Avstriyanın Federal İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Turizm idarəsi, Sənaye və Ticarət Palatası, Statistik İnformasiya İdarəsi, Avstriya Turizm Bankı və s. qurumların nümayəndələri ilə görüşlər keçirilib.

   Əlavə olaraq, Azərbaycan nümayəndə heyəti Avstriyanın KremsZalsburq şəhərlərinə səfər edib, Azərbaycan Turizm İnstitutu ilə "Turizm sahəsi üzrə təhsildə əməkdaşlıq” müqaviləsi imzalamış Krems Tətbiqi Elmlər Universiteti, Zalsburq Dövlət Turizm Departamenti, "Austrian Farm Holidays" şirkəti, Hohe Tauern Milli Parkı və s. qurumlarla görüşlər keçirib.

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 4.