Rauf Əliyevin yaradıcılıq gecəsi

 

   Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Klassik musiqi həvəskarları” klubunun növbəti tədbiri bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Əliyevin yaradıcılığına həsr edilib.

   Niyazinin mənzil-muzeyində keçirilən tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Rauf Əliyev məhsuldar incəsənət xadimi kimi müxtəlif janrlarda əsərlər yazır. Simfoniyaları, konsertləri, xorkamera əsərləri, mahnıları, kino musiqisi geniş ictimaiyyətə yaxşı tanışdır. Tədbirdə bəstəkarın əsərlərindən parçalar ifa olunub.

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 5.