Göy qurşağı”nın balacalarla növbəti görüşü

 

   F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilati dəstəyi ilə nəşr olunanGöy qurşağı” uşaq jurnalının 2013-cü il iyul-avqust nömrəsi işıq üzü görüb.

   Jurnalın təsisçisi kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Firuzə Quliyeva, baş redaktoru Ülviyyə Gülməmmədovadır.

   Nəşr bu dəfə də balaca oxucularının görüşünə maraqlı yazılar, göy qurşağı kimi əlvan şəkillərlə gəlib. Jurnalın bu nömrəsində aprelin 26-27-də Respublika Uşaq Kitabxanası tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilmişDost ölkələrə səyahət: əzizləyər hər el səni öz adəti ilə” mövzusunda müsabiqə və onun yekun konserti haqqında geniş məlumat dərc olunub. “Mənim rəng dünyam”, “Nələr olur dünyada” və digər rubrikalarında balaca rəssamların çəkdikləri şəkillər, qəribə tikililər və s. maraqlı məlumatlar yer alıb.

   Canlılar aləminə dair faktlar, tövsiyə olunan müxtəlif kitablar, məntiqi suallar da balacalar üçün maraqlı olacaq.

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 11.