Dil və mədəniyyət”

 

Beynəlxalq elmi konfrans

 

   Ukraynanın paytaxtı Kiyevdə “Dil və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli və institutun nəzəri və tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru C.Babayev tədbirdə məruzə ilə çıxış ediblər.

   Üç gün davam edən konfransın materiallarına ümumilikdə 780 məruzə daxil edilib. Konfrans çərçivəsində Azərbaycan alimləri Ukrayna və digər ölkələrin elm adamları ilə görüşlər də keçiriblər. Elmi əlaqələrin yaradılması, kadrların yetişdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 12.