Azərbaycan haqqında film festival qalibləri sırasında
İtaliyanın
Pulya bölgəsinin Leççe
şəhərində bu ölkənin Prezidenti Corcio Napolitanonun himayəsi ilə Beynəlxalq Turizm Filmləri Festivalı keçirilib.
9-23 iyun tarixində gerçəkləşən
festivalda Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin
sifarişi ilə italiyalı rejissor Daniele Carminatinin çəkdiyi "Azərbaycan, odlar ölkəsi" adlı film
də iştirak
edib. Ölkəmizin gözəlliklərindən
bəhs edən ekran əsəri festivalın
qalibləri sırasına daxil olub. Beynəlxalq Turizm
Filmləri Festivalı 1962-ci ildən ənənəvi olaraq keçirilir və builki müsabiqədə 150 film
nümayiş etdirilib.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 2.