“Gəzən kitabxanaAstarada

 

    Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən “Gəzən kitabxana” layihəsi bu dəfə Astara şəhərində təqdim olunub. Layihənin məqsədi əhalinin asudə vaxtını səmərəli təşkil etmək, onların kitabaelektron qiraətə marağını artırmaqdır.

   Xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min adi kitab və 10 min elektron kitab var. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

   Burada bədii ədəbiyyat, tarix, elmtexnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar yer alıb. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisasali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid nəşrlər var.

   İyulun 10-dək Astarada olan “Gəzən kitabxanayerli kitabsevərlər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 6.