Sabah bu gündən başlayır”

 

Həmsöhbətimiz Xalq artisti, professor İlham Namiq Kamaldır

  

   - İlham müəllim, peşəkar milli teatrımızın 140 illik yubileyi münasibətilə ölkə rəhbərinin sərəncamı ilə “Şöhrət” ordeniylə təltif olunmusunuz. Qardaşınız - istedadlı aktyor Cəfər Namiq Kamal daXalq artisti” fəxri adına layiq görülmüşdür. Söhbətə keçməzdən öncə hər ikinizi təbrik edir, sizə cansağlığı və sənət uğurları arzulayırıq.

   - Çox sağ olun. Bu mənim üçün və qardaşım Cəfər üçün çox böyük etimaddır. Bu yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığımı bildirmək istəyirəm. Cənab Prezidentin sərəncamına uyğun olaraq peşəkar milli teatrımızın 140 illik yubileyinin geniş şəkildə qeyd olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm.

   - Hər dəfə sizinlə görüşdükdə teatr, dramaturgiya, aktyor yaradıcılığı haqqında söhbətləşirik. Bu gün isə milli dramaturgiya barəsində danışmaq istəyirik. Bildiyimiz kimi, dramaturgiya teatrın əsasıdır. Yüksək səviyyəli dramaturgiya olmasa, peşəkar səviyyəli tamaşa da olmaz...

   - Sizinlə tamamilə razıyam. Teatrın səviyyəsi dramaturgiyanın səviyyəsi deməkdir. Teatrların qovluqlarında müxtəlif janrlı, müxtəlif üslublu çoxsaylı dram nümunələri olmalıdır ki, seçim imkanı olsun. Teatr sintetik sənətdir. Bu sənətlərin hər birinin inkişafının, ümumilikdə isə teatrın inkişafının kökündə dramaturgiya nümunələri durur. Yüksək peşəkar səviyyəli dramaturgiya dedikdə, söz yox ki, ilk növbədə Mirzə Fətəli Axundzadə yada düşür. Onun əsərləri bu günmüasir və aktualdır. Bu əsərlərin üzərində dövrümüzə qədər görkəmli dramaturqlar yetişmişdir. Ötən il ölkə rəhbərinin sərəncamı ilə milli dramaturgiyamızın banisi M.F.Axundzadənin 200 illik yubileyi geniş şəkildə qeyd edildi. Respublika teatrlarının hər biri ölməz ədibin komediyalarına müraciət etdi, hər bir rejissor onun əsərlərinə yeni yozumyeni çalarlar verdi. Bu, sözün əsl mənasında, çox böyük layihə idi.

   - Siz özünüz də Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri” pyeslərinin tamaşalarında yaddaqalan obrazlar yaratmısınız...

   - “Lənkəran xanının vəziri” əsərini rəhmətlik Hüseynağa Atakişiyev hazırlayanda mənə Teymur ağa obrazını həvalə etmişdi. Sonralar bu əsərdə xan obrazını ifa etmişəm. “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında isə mən bir-birinə zidd olan iki rolu - müsyö Jordanı və Məstəli şahı oynamışam. Sonralarİlhamminiatür teatrında da bu əsərə müraciət etmişəm və ona yeni açar tapmağa çalışmışam.

   - Bütün bunlar M.F.Axundzadə pyeslərinin müasiraktual olduğuna dəlalət edir.

   - Əlbəttə. Yadımdadır, milli teatrımızın 100 illiyində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşası Moskva tamaşaçılarının heyrətinə səbəb olmuşdu. Əsərdə süjet xətti, fabula, gözlənilməz məqamlar, konflikt həm tamaşaçıları, həm də sənətşünasları şoka salmışdı. Yadımdadır, orada əsərin tərcümə olunub onlara göndərilməsini istədilər. Bu da bizim milli dram nümunələrimizin yüksək səviyyəsindən xəbər verir. Sonrakı mərhələlərdə Ə.Haqverdiyev, N.Vəzirov, C. Cabbarlı kimi dramaturqlar M.F.Axundzadə ənənələrini ləyaqətlə davam etdirdilər. Cəfər Cabbarlının dram əsərləri sanki dəqiq yığılmış mürəkkəb bir mexanizmdir. Bu əsərlər ustad dramaturqumuz tərəfindən zərgər dəqiqliyi ilə işlənərək, içərisi aktyor ifaları ilə doldurulur. Bu da məlumdur ki, C.Cabbarlı müəyyən aktyorlara uyğun obrazlar yaradırdı. Sonrakı dövrdə Xalq yazıçısı İlyas Əfəndiyevin əsərləri milli dramaturgiyamızda bütöv bir mərhələ təşkil etdi. O da, C.Cabbarlı kimi buya digər aktyorun istedadına uyğun obraz yaradırdı. İlyas müəllimin əsərlərinin tamaşalarında neçə-neçə sənətkarımız yetişib. Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Fuad Poladov, Hamlet Qurbanov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Səməndar Rzayev. Bu sənətkarlar İlyas müəllimin “dramaturgiya bulağı”ndan su içdilər. Xoşbəxtəm ki, mənim də adım bu sıradadır.

   - Siz İlyas Əfəndiyevin “Bağlardan gələn səs” pyesinin tamaşasında özünüzdən 40 yaş böyük olan Qubuş obrazını oynamışdınız...

   - Mən o zaman gənc idim. 24-25 yaşım olardı. Dramatik mətnə görə isə Qubuş obrazının 64-65 yaşı olmalı idi. O, şişman, pullu, tosqun bir adam kimi təsvir olunmuşdu. Görkəmli rejissorumuz Tofiq Kazımovun yozumunda isə Qubuş arıq, sısqa, pullu bir adamdır. Mənim üçün çox maraqlı idi. Baş rolları Şəfiqə Məmmədova, Lütfü Məmmədbəyov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Əminə Babayeva, Məcnun Hacıbəyov başqaları ifa edirdi. Bax belə aktyor dəstəsi tamaşada məşğul idi. İlyas müəllim pyesdə təsvir olunanları Qubada hansısa bir sovxozda baş vermiş hadisələr əsasında qələmə almışdı. Real hadisəni yüksək səviyyəli dram əsərinə çevirib tamaşaçıları maraqlandıra bilmişdi. Daha sonra İ.Əfəndiyevin lirik- psixoloji janrda yazdığıUnuda bilmirəməsəri repertuarda yer aldı. Cəmil obrazını istedadlı aktyorumuz Hamlet Qurbanov ifa edirdi. Tofiq müəllim Cəmil obrazına mənimlə Rafael Dadaşovuda daxil etdi. Bu tamaşanı AzTV lentə alıb.

   Daha sonra İ.ƏfəndiyevinQəribə oğlantamaşasında Batı obrazını mən Ramiz Məlikov ifa edirdik. Böyük sənətkarımız Əliağa Ağayev Dadaş Rəhimoviç obrazını ifa edirdi. Əliağa Ağayevin səhhəti ilə bağlı bir müddət mən bu rolu ifa etmişəm. Ümumiyyətlə, İ.Əfəndiyevin dram əsərlərində qüdrətli aktyor ansamblı yaranırdı. Bu isə Tofiq Kazımovun xidməti idi. İ.ƏfəndiyevinNatəvanpyesi maraqla qarşılanmışdı. Mən bu əsərdə İran şahzadəsi obrazını ifa etmişəm. Amaliya xanım Natəvan obrazında çıxış edirdi. Bu əsər indi repertuardadır İran şahzadəsi obrazını Cəfər Namiq Kamal, Natəvan obrazını Bəsti xanım Cəfərova ifa edir. Qarabağnaməəsəri əvvəllərHökmdar qızıadı ilə gedirdi. Bu əsər günümüzlə səsləşir, problemlərimizi, Qarabağ dərdimizi əyaniləşdirir. Bütün bunlar görkəmli ədibin qüdrətli qələminin, dramaturji istedadının məhsuludur.

   - Milli teatrın inkişafının çox böyük bir dövrü İlyas Əfəndiyevin əsərləri ilə bağlıdır. Onun əsərləri bu gün teatrlarımızın repertuarındadır. İlyas müəllim dünyasını dəyişəndən sonra çoxlarında belə bir təsəvvür yarandı ki, milli dramaturgiyamızda boşluq yaranacaq...

   - Lakin ondan sonra yeni dramaturqlar ordusu yetişdi, teatrlarımızın repertuarı yeni əsərlərlə zənginləşdi. Bu sırada Xalq yazıçımız Elçinin yüksək peşəkar səviyyəli pyeslərini xüsusi qeyd etmək istəyirəm. Bu əsərlər İlyas müəllimin dramlarından sonra milli teatr sənətinin inkişafında müstəsna rol oynadılar. “Ah, Paris, Paris”, “Mənim ərim dəlidir”, “Teleskop”, “Qatil”, “Sənətkar ömrü”. Bu əsərlərin hər biri teatrın inkişafına xidmət edir.

   Mənim 55 yaşım tamam olanda soruşdular ki, yubileyi necə görmək istəyirəm? Cavab verdim ki, mənim oynadığım bir tamaşa oynanılsa kifayətdir. Hörmətli rejissorumuz Azərpaşa Nemətovun quruluşunda ElçininMənim ərim dəlidirəsəri oynanıldı. Əvvəllər belə ənənə olub. Mən sadəcə olaraq tamaşaçılarla canlı ünsiyyətə üstünlük verdim. Bu da Elçin müəllimin dramaturji istedadından xəbər verir. Bu yaxınlarda Elçin müəllimin 70 illik yubileyi oldu. Ölkə rəhbəri hörmətli yazıçımızın yaradıcılığına fəaliyyətinə yüksək qiymət verərək onuŞərəfordeni ilə təltif etdi. Mən öz növbəmdə yubilyarı təbrik edirəm, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

   Elçin müəllimin yubiley gecəsində Akademik Milli Dram TeatrındaSənətkar ömrütamaşası nümayiş olundu. Hüseyn Ərəblinskinin həyat yaradıcılığına həsr olunmuş bu əsər tamaşaçıların marağına səbəb oldu. Tamaşada sənətkar şəxsiyyət ömrü hərtərəfli təsvir olunmuşdur. Bu, müasir gənclərə nümunədir. Onu da deməliyəm ki, Elçin müəllimin əsərləri Azərbaycanla məhdudlaşmır. Onun əsərləri dünyanın bir çox səhnələrində uğurla tamaşaya qoyulmuşdur. Azərbaycan dramaturgiyası üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, sözün əsl mənasında, Azərbaycan mədəniyyətinin Avropaya dünyaya inteqrasiyasıdır. Bir məqamı əminliklə qeyd edə bilərik ki, milli dramaturgiyamızda yüksək peşəkar səviyyəli müəlliflər var. Sabaha ümidlərimiz böyükdür. Sabah isə bu gündən başlanır.

   - Bir qədər pedaqoji fəaliyyətinizə nəzər salmaq istərdik. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində “Estrada musiqili teatr aktyorukafedrasının müdirisiniz, professorsunuz.

   - Səmimi şəkildə demək istəyirəm, Mədəniyyət İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin rəhbərliyi altında təhsil ocağında çox sağlam, işgüzar kollektiv fəaliyyət göstərir. Universitetimizin kafedralarına zamanla ayaqlaşan insanlar rəhbərlik edir. Tanınmış şəxslər, görkəmli sənət xadimləri tələbələrimizə sənətin sirlərini öyrədir. Tələbə bilir ki, onun müəllimləri kimdir. Bu, çox böyük şərtdir. Teatr sahəsində Ağakişi Kazımov, Azərpaşa Nemətov, Gülşad Baxşiyeva, Bəsti Cəfərova bir çox görkəmli insanlar təhsil müəssisəmizin pedaqoqlarıdır. Respublikada 28 dövlət teatrı fəaliyyət göstərir. Onların hamısında bizim universiteti bitirmiş məzunlar çalışır. Məzunlarımız təhsil ocağında aldıqları bilik savadı işlədikləri müəssisələrdə müvəffəqiyyətlə tətbiq edirlər.

   - Artıq teatrda mövsüm, universitetdə isə dərslər başa çatıb. Sizə uğurlu istirahətlər, yeni-yeni nailiyyətlər arzulayırıq. Yəqin qarşıda tamaşaçılarımızı sənətdə yeniliklərlə sevindirəcəksiniz?

   - İcazə versəniz, bu suala qısa cavab verərdim.

   - Buyurun.

   - Sağlıq olsun.

  

Çingiz Ələsgərli, teatrşünas, dramaturq

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 11.