Hötenin ev-muzeyindəAzərbaycan guşəsi

 

   Böyük alman yazıçısı Yohann Volfqanq Hötenin Almaniyanın Frankfurt şəhərindəki ev-muzeyindəAzərbaycan guşəsiaçılıb. Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan layihə çərçivəsində açılan guşədə alman yazıçısının Azərbaycan dilində nəşr edilən kitabları yer alıb.

   Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılanAzərbaycan guşəsilayihəsi çərçivəsində dünya şöhrətli yazıçı şairlərin ev-muzeyləri, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.

   Layihə çərçivəsində yaxın vaxtlarda digər yazıçı şairlərin ev-muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, Fyodor Dostoyevski, Lev Nikolayeviç Tolstoy s. məşhur ədiblər daxildir.

   Layihənin məqsədi Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını və zəngin mənəvi sərvətə verdiyi əhəmiyyəti göstərməkdir.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 12.