Balaca ifaçımız avropalıları heyran qoyub

 

   Bolqarıstanın Varna şəhərində uşaqlar arasında “Golden Sparkles European Music” festivalı keçirilib. Müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edib. O, müsabiqədə Məryəm ƏlibəylininOxuyaq nəğmələrimahnısını ifa edib. Bolqarıstan, İtaliya, Rusiya, Almaniya, Ukrayna s. ölkələrdən çox istedadlı səhnə təcrübəsi olan uşaqların iştirak etdikləri müsabiqədə bütün yaşda ən kiçik olan təmsilçimiz səhnədəki çıxışı ilə həm münsiflərin, həm tamaşaçıların rəğbətini qazanıb.

   Selcan Müseyibova iki diplomla vətənə dönüb. O, “Ən yaxşı hit” Ən perspektivli ifaçıkimi təşkilat komitəsinin xüsusi nominasiyasına layiq görülüb. Balaca ifaçı 3 yaşından səhnədədir hazırdaCücələrimuşaq qrupunun solistidir.

 

Mədəniyyət.- 2013.- 12 iyul.- S. 4.