Günayuşaq teatrı Macarıstanda festivalda iştirak edib

 

   Macarıstanın Balatonfüred şəhərində XIII Avropa Gənclər Festivalı keçirilib. Sənət bayramında ölkəmiziGünayuşaq teatrı təmsil edib. Azərbaycan incəsənətini yüksək səviyyədə təqdim edən gənc istedadlarımız festivalın bir sıra mükafatlarını qazanıb.

   Teatr nominasiyasında M.F.AxundzadəninMüsyö Jordan dərviş Məstəli şahkomediyasının motivləri əsasında hazırlanan tamaşa, xoreoqrafiya nominasiyasında isə milli rəqsimizYallı Üzeyir HacıbəylininDəsmalla rəqsnömrələriQran-primükafatına layiq görülüb. Fərdi çıxışlar da mükafatsız qalmayıb. TuracıQaragözrəqslərinin ifaçısı Leyla Yusubova festivalın qızıl medalı, “Məşğələkompozisiyasının ifaçısı Səbinə Məmmədova isəQran-priilə mükafatlandırılıb.

   Gənc Azərbaycan artistləri gələn il Balatonfüred şəhərində keçiriləcək növbəti festivala dəvət alıblar. Şəhərin meri uğurlu çıxış üçün teatrın kollektivinə və Azərbaycanın Budapeştdəki səfirliyinə minnətdarlıqlarını bildirib.

 

Mədəniyyət.- 2013.- 12 iyul.- S. 5.