Çin televiziyasında Azərbaycan haqqında reportajlar

 

   Çin Mərkəzi Televiziyası - CCTV Azərbaycan haqqında silsilə reportajlar yayımlayıb. Reportajda ölkəmizin müstəqillik illərində böyük inkişaf yolu keçdiyi vurğulanıb.

   Qeyd olunub ki, Avropa Şərq memarlıq üslubunda inşa edilmiş binalar gözəl təbiətinə görəXəzər dənizinin mirvarisiadlandırılan Bakıya xüsusi yaraşıq verir. Bakı nəinki Cənubi Qafqazda, eləcə keçmiş SSRİ məkanında ən çox inkişaf etmiş şəhərlərdən biridir. Son illər şəhərdə aparılan yenidənqurma tikinti işləri şəhərin daha da gözəlləşməsinə səbəb olub. Müəllif şəhərdə həyata keçirilən iri tikinti layihələrindən söz açıb. Qeyd olunub ki, bu uğurların qazanılmasında neft amili böyük rol oynayır.

   Telekanal Azərbaycanın qədim xalçaçılıq sənətindən, Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edən reportajlar da yayımlayıb.

   Qeyd edək ki, Çin Mərkəzi Televiziyasının 22 kanalı fəaliyyət göstərir. Çində və xaricdə hər gün 2 milyarda yaxın tamaşaçının izlədiyi CCTV Çin dili ilə yanaşı, ingilis, fransız, ispan, ərəb və rus dillərində verilişlər yayımlayır.

 

Mədəniyyət.- 2013.- 17 iyul.- S. 2.