Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümə yekun vurub

 

   İyulun 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 85-ci mövsümün yekununa həsr olunmuş toplantı keçirilib. Tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov mövsüm ərzində nümayiş etdirilən tamaşalar, həyata keçirilən layihələr, kollektivin iştirak etdiyi beynəlxalq festivallar, teatrın qonağı olmuş xarici truppalar haqqında ətraflı məlumat verib.

   Qeyd olunub ki, mövsüm ərzində 11 yeni tamaşa hazırlanıb. Onlardan dördü - Dilsuzun “Əlincə qalası”, A.TolstoyunBuratinonun macəraları”, A.LindqreninBalacadamda yaşayan Karlson”, K.Ağabalayev və N.Kazımovun “Şahzadə Xəzərin nağılı” tamaşaları dövlət sifarişi ilə, F.Mustafanın “Pələng ili”, S.S.AxundovA.ŞaiqinQaraca qız”, P.PançevinDörd əkizin nağılı”, L.Nurenin “Müharibə”, D.Fo və P. de Filipponun “İtalyansayağı xoşbəxtlik”, N.Kazımovun “Qar qızı kim oğurladı”, M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” poeması əsasında hazırlanmış tamaşalar isə teatrın öz imkanları hesabına səhnələşdirilib.

   British Councilun Bakı nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihəsi olanTeatr əməkdaşlığı” çərçivəsində mövsüm ərzində işıqlandırma dizaynerləri, eləcə də gənc aktyor, rejissor, dramaturqteatrşünaslar üçün treninqlər həyata keçirilib. Rusiyanın Həştərxan və Kalmık teatrları sənət ocağının qonağı olub. Gələn mövsümdə isə teatrın yaradıcı heyəti sözügedən teatrlara qastrol səfəri edəcək.

   Direktor Səbail rayon orta ümumtəhsil məktəbləri ilə birgə həyata keçirilən “Mən teatr haqqında danışmaq istəyirəm” layihəsi barədə də danışıb. Azərbaycan peşəkar milli teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illik yubileylərinə həsr olunmuş layihə mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi günü yekunlaşıb. Yeni teatr mövsümündə sözügedən layihənin bir sıra ali təhsil ocaqları ilə birgə həyata keçirilməsi nəzərdə tutulub.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 17 iyul.- S. 6.