“Koroğlunun Çənlibelə qayıdışı”

 

   Naxçıvan Dövlət Musiqili Dram Teatrı mövsümə Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” əsəri ilə yekun vurub. Səhnə əsəri Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılmaqla yanaşı, Şahbuz, Babək, Şərur, Kəngərli rayonlarında da nümayiş etdirilib. Əsas rollarda Xalq artisti Rza Xudiyev (Koroğlu), əməkdar artistlər Elmira Kərimova (Telli xanım), Xəlil Hüseynov (aşıq Cunun) çıxış ediblər. Səhnə əsərinin rəssamı Əbülfəz Axundovdur.

   Sentyabrın 18-də açılacaq yeni mövsümdə iki tamaşanın - Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərinin motivləri əsasında hazırlanacaq “Manqurt” və Əli Əmirlinin “Şah Qacar” tamaşalarının təhvil verilməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2013.- 17 iyul.- S. 6.