Gəncədə yubiley sərgisi

 

   Gəncədə Azərbaycanın bu qədim şəhərinin 4000 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgidə qədim xalçalar metal işləmələr, Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş illüstrasiyalar miniatürlər, habelə Nizami GəncəvininXəmsə”sinin əlyazmalarının sürətləri, arxeoloji maddi-mədəniyyət nümunələri nümayiş etdirilib.

   Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaradıcılıqları ilə bağlı son nəşrlər, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən kitablar da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdim olunan 200-dən artıq əl işieksponat Gəncə sənətkarları və alimlərinin şəhərin 4000 illiyinə töhfəsi kimi dəyərləndirilib.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 3.