Sabir Hilal oğlu Rəhimov

 

   Azərbaycanın turizm ictimaiyyətinə itki üz vermişdir. Turizm sahəsi üzrə tanınmış mütəxəssis, pedaqoq, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Sabir Hilal oğlu Rəhimov 2013-cü il iyulun 18-də 72 yaşında dünyasını dəyişmişdir.

   Rəhimov Sabir Hilal oğlu 1941-ci ildə anadan olmuşdur. 1962-ci ildə Bakı Rabitə Elektrik TexnikumunuTeleviziya texnikası radiorele rabitəsiixtisası üzrə, 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir.

   1968-1973-cü illərdə Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri, Zaqafqaziya Komsomol məktəbində metodist, Bakı şəhər Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri, Bakı şəhər Partiya Komitəsində təşkilat şöbəsinin təlimatçısı vəzifələrində çalışmışdır.

   1973-1977-ci illərdə Bakı şəhər Sovetinin Mənzil uçotu bölüşdürülməsi idarəsinin rəisi işləmişdir.

   S.Rəhimov 1973-1977-ci illərdə Bakı şəhər Sovetinin deputatı (XIV-XV çağırış) seçilmiş, respublikamızın turizm, idman ictimai həyatında çox fəal iştirak etmişdir.

   1977-ci ildən bu günə kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Respublika Turizm Ekskursiyalar Şurasının sədr müavini vəzifəsində işləyirdi.

   S.Rəhimov Bakı turist-idman klubunun əsasını qoyanlardan biridir 1963-1971-ci illərdə bu klubun idarə heyətinin üzvü olmuşdur. 1963-cü ildə keçirilən turizm idmanı üzrə I Ümumittifaq çempionatının iştirakçısı olmuşdur.

   1981-1996-cı illərdə Sabir Rəhimov Respublika İdman-Turizm Federasiyasının sədri olmuşdur. 1990-cı ildə Respublika Turizm-İdman İttifaqının prezidenti həmin ildə SSRİ Turizm-İdman İttifaqı icraiyyə komitəsinin üzvü seçilmişdir.

   S.Rəhimov 1998-ci ildən Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində turizm fənlərindən dərs deyirdi. Ali məktəblərdə dərslik dərs vəsaiti kimi istifadə edilən beş kitab, bir neçə fənn proqramlarını hazırlayıb çap etdirmişdir. Azərbaycanın turizm imkanlarından bəhs edən çoxsaylı buklet reklam prospektlərin müəllifidir. O, 50-yə yaxın elmi elmi-populyar səpkili məqalə çap etdirmişdir.

   2001-2009-cu illərdə Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqının sədr müavini seçilmişdir. Mədəniyyət Turizm Nazirliyinin turizm bələdçiləri tərcüməçi-gidlərin Attestasiya Komissiyasının üzvü, Azərbaycan Milli Ensiklopediyasının turizm üzrə məsləhətçisi idi.

   S.RəhimovTurizm-ekskursiya işinin inkişafında fəal əməyinə görəTurizm-ekskursiya işinin inkişafındakı xidmətlərinə görədöş nişanları, çoxsaylı fəxri fərman diplomlarla təltif olunmuşdur. Respublika turizminin inkişafında təbliğində məhsuldar əməyinə görə S.Rəhimova Azərbaycan RespublikasınınFəxri bədən tərbiyəsi idman işçisiadı verilmişdir.

   2007-ci ildə Respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasənTərəqqimedalı ilə təltif olunmuşdur.

   2012-ci ildə Azərbaycan Respublikasında turizm sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sabir RəhimovaƏməkdar mədəniyyət işçisifəxri adı verilmişdir.

   Sabir Hilal oğlu Rəhimovun əziz xatirəsi onu tanıyanların yaddaşında əbədi olaraq yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

   Azərbaycan Respublikası

   Mədəniyyət və Turizm Nazirliyi

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 4.