Estrada-Adam - başdan-başa real-teatral tamaşa, fitrətən kompleks baməzə, əbədən təzə - Babayev Mirzə...

  

   Belə bir qeyri-rəsmi yazıda soyadın adı öncələməsinin özü məhz təpədən-dırnağa major Mirzəmizin - milli estradamızın ruhsal bayraqdarının, ümuməhval solistinin özünə məxsus stilistik bir məzə. Bu yazısının qəhrəmanı - öz əhval-ovqat diktəsi ilə küll-aləmi öz aura diktaturasına alan Birisi isə, bəndənizin qələmi neyləsin?..

   Axı, bütün bioloji-psixoloji mizan-düzəni, ifa orijinallığı, universal əda-jestikulyasiyaları ilə kütləvigülüşsaçdı”, “dodaqqaçıkimi isimlərə çevrilmiş bu obrazın təsir-təlqin imperiyasından kim qurtula bilər ki? İstər onun sağlıq-reallığında, istər mərhum-memoriallığında. 1913-cü ilin iyulundan 2003-ün yanvarınadək onu canlı görüb-tanıyanlar tamamən, sonrakı gələcək nəsillər isə fotolarda, filmoqrafiya kadrlarında davamən...

  

   Tanıdığınız tanımadığınız Mirzə...

  

   Və”nin ikinci tərəfindən başlayaq.

   İfaçılıq, musiqi-sənətsənaye”sinin nəhənglərindən olan bu fenomenin ilk təhsilini Sənaye İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) aldığını, memarlıq fakültəsini bitirdiyini hamınızmı bilirsiniz? Onun bir neçə şəhərlərimizdəki 10-a yaxın bina muzeyin layihələşdirilməsində iştirak etdiyini bilənlər çox olar, ya bilməyənlər? Maya-mahiyyətində bir az dagörməmiş”lik notları olan bu suallarım kimdənsə cavab üçün deyil, doxsan illik ömrünün altmış ildən çoxunu milli mədəniyyətimizin pardaqlanıb-parlamasına şərəf ləyaqətlə, özünəməxsus sənətkarlıq elementlərilə xidmət etmiş ustad müğənnimizin ruhuna salavat-savab üçündür.

   Deməzsizmi, bu mərfət-mədəniyyət, xoşxislət, sülhsifət adam ötən əsrin ən qanlı savaşında - İkinci Dünya müharibəsində olub. Tarix üçün artıq patetik statistikaya çevrilmiş o müharibə faktını bu sayaq “top-tüfəngləxatırlamağımın səbəbi bu ki, onun iştirakçılarının əksərinin sir-sifətində sirli bir təkəbbür, sehrli ciddiyyət, bəzilərinin nəzər-gəzərindəmənəm-mənəm”lik, hətta ətrafındakı mülkilərəfərarieyhamı da olurdu. Bu yazı qəhrəmanımız isə, “ədalətli müharibətərəfinin qəhrəmanı olmasa da, yaralanaraq tərxis edildiyi ordudan qayıdıb, əbədi atəşsiz cəbhəyə - böyük mədəniyyət ordusu sıralarına atıldığı gündən bu ağlar-gülər aləmə xoş ovqatlar saçdı. Müharibənin qızğın çağlarında işçi Bakının mədəni həyat nəbzini döyündürməyə çalışanlardan birinin - sonralar dünya şöhrəti qazanan bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində müğənnilik fəaliyyətinə başladığı vaxtdan dünyasını dəyişməyə beş-üç saat qalmışadək ətrafına təbəssümlər yayımladı.

   Qırxıncı illərin ən seçkinüç bakılı oğlan”ından biri olan Mirzə bu məhəlli titul-nominasiya ilə kifayətlənmir. Heç memarlıq işlərinə perspektiv səydə bulunmur; daşınmaz əmlak layihələrindən, maddi quruculuq işlərindən mənəvi-mədəni-əbədi aşınmaz sənət yaradıcılığı sahəsində qərarlaşmaq fikrinə düşür. 1948-ci ildə - otuz beş yaşında Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. Əsrin əvəzsiz ifa sənətkarı Bülbülün sinfində təhsil alır. Ürək arzusu, könül vurğunluğuyla seçdiyi bu sahənin incəliklərinə elə varır ki, elə tələbəlikdən Azərbaycan Dövlət Filarmoniyasında işə dəvət edilir uzun illər burada çalışır.

   Uzun illər çalışır”... Ayrı-ayrı kollektivlərdə, məkanlarda keçirdiyi buuzun illəronun fəaliyyət müddətini yetmişə, ömrünü doxsana, Əməkdar artist, Xalq artisti adlarına, “Humay” (iki dəfə) mükafatına, bir neçə orden-medala ümumxalq məhəbbətinə çatdırdı.

   İndi keçək doxsan illik bir ömrü doxsan sətrə yerləşdirməyə cəhd etdiyimiz bu estrada-Adamın mahnı aləminə. Könlümüzün gözüylə, qəlbimizin qulağıyla -

  

   Baxaq da, dinləyək ...

  

   “Estrada-Adam” ifadəsinin ab-havası ilk olaraqUzaq - yaşıl adamahnısını salır yada. O mahnının mətnindəki məram-məna öz yerində. Bəs səsdəki, ifa elementlərindəki nüanslar? Bunlardamı, sadəcə, “öz yerində”? Yox, hörmətli müqəyyəd tamaşaçı dinləyicilər! Bunlar məsələ-mətləbin öz göyündə, öz səmasında. Doymaz zövqümüzün əlçatmazlığında, ünyetməzliyində...

   Daha hansı mahnısının xəyalına dalıb, röyasına varaq? Sayı-hesabı bilinməyən mahnılarının. Hər biri birinci hesab edilə bilən mahnılarının. Deyirəm, havalar ki belə istidir - öncəLiman”ı xatırlayaq. Biz ona qoşulub, hər birimiz özümüzü onun yerinə qoyub, “...bir liman, bir mən...” - deyə zümzümələyək. Sonra hər kəs - yeniyetmə-növcavan öz deyiklisinə, cavan-comrul öz üzüklüsünə üz tutub, qafil-ahıllar öz “retro” sevdalarını xatırlayıbsaç-la--na gül dü-zümdesin. Bu gözəl anların ömrünü uzatmaq üçün hər dildən bir “Dayan, zamannidalansın. Ürəyiniz doyub-dolanmaq bilmirsə, “Daha istəyirsən?” avazlayın. Görsəniz ki, qarşıdaşınızın yanaqları qıpqırmızı güllər açıb, - “Çiçək kimisəslər səpin sifətinə. Küsüb getdi Gəlmədi”mi, neynək, hələlik yaşasınKəpənək”! Sorağını gül-çiçəkdən alınca”, “Qaçdım sənin dalınca” - deyə-deyə, “yoxsantəəssüflü təəccüblər yaşaya-yaşaya musiqili bir flora-fauna dramı oynayın. Yox, əgər yenəGəlmədi”sə, onda yükünüzü bu sədadan tutmaq gərək: “Kimlər gəldi, kimlər getdibu dünyadan...”

   Yuxarıdabaxaq da, dinləyək dedim, amma yalnızdinlətdim”. Deməli, sırada vizuallaşdırma. Yəni adı bəlli, sənəti görklü Mirzə baba -

  

   Filmoqrafiyada

  

   Bunların sayı 30-dan çoxdur...

 

   Sənət aləmimizə ləzzətli lərzələr salıb getmiş bu Mirzəmizə kino-televiziya sənayesi nəhəngi demək olar. Baş peşəsi müğənnilik olsa da, Mirzə Babayev, bir-birə deyər, “kefindən keçənkino aktyoru da idi. Başqa rolları bir yana, sizcə, hansı bir aktyor Parisi məhz budərvişkimi partlada bilərdi? Söhbət onun yalnız pirotexnik vasitələrlə necə hərəkət edib, cür kriminal oyunlar çıxarmasından yox, fərdi sir-sifət məkanında yaratdığı göz-qaş, ağız-burunsunami”lərindən gedir. YaxudQaraca qızfilmində - epizodik bir məqamda canlandırdığı ağa-bəy ağırbatmanlığını xatırlayaq. Bəyin oğurlanması”ndakı elçilik səhnəsində onun yaratdığı canlı naqolaylıqportret”i, mağmunluq situasiyası hər aktyorunmu işidir?Dəli Kür”dəkitumantökdüsəhnəsində nadir milli minuslarımızdan olan o yaramaz xislət qələtlərini buqeyri-peşəkaraktyor necə ustalıqla açıb-ağardır!

 

   Hələ onun -

  

   Səs obrazları!..

  

   Bəli, məhzobrazterminilə ifadə olunmalıdır - onun filmlərdə, tele-radio verilişlərində səslənən Səsi. Kinofilm kadrlarındakı - deməli, ekranlardakı bədii həyatla salonlardakı canlı tamaşaçıların real həyatı arasında sənət-sənəd vəhdəti yaradan Səsi. Həm ssenari mətnlərinə bağlı danışıq-dialoq, həm mahnılardakı səs-sədası. Lütfən, “O olmasın, bu olsunfilmində görkəmli aktyorumuz Əliağa Ağayevin yaratdığı bənzərsiz Məşədi İbad obrazının gah lirik-epik, gah intim-sentimental “ariya”-ahu zariyalarına xəyallanın. Rüstəm bəyin üstünə qoçu dəstəsi çəkən Məşədi İbad-Əliağa Ağayevin əl-qol hərəkətləri, sir-sifət dramatizmi öz yerində, siz bir Mirzə Babayevin ayrıca obraz kimi aksentləşən (Məşdi İbad demişkən) hərbə-zorbabayatı”sını xatırlayın: “Allaha and olsun, budur deyirəm, Qızı mənə, qızı mənə gərək verəsən! Verməsən hərgah, eylərəm bədnam, Çünki mən bir tacirəm, - baxmaram bəyə!”

   bu estrada-Adamın səsi bir səs-səda tacidarıdır ki, baxmaz heç nəyə. onun dünyadəyişiminə, ötüb-keçəsi əsrlərə! Yaşayar, hey yaşayar...

  

   Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 13.