“Beynəlxalq şirniyyat günüqeyd olunub

 

   İyulun 20-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA), “Vinnikulinariya mağazaları şəbəkəsi və Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq şirniyyat günüqeyd olunub.

   Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov tədbirin “Şirin dünya, şirin həyat” devizi ilə keçirildiyini deyib. O, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu bayramın Milli Aerokosmik Agentliyin dəstəyi ilə təşkil olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Beynəlxalq şirniyyat günü” həm də kosmosa həsr olunub. Kosmosda həyat şirin və müharibədən uzaqdır. Hazırlanan bütün şirniyyatlar hər biri özündə bir çox məna daşıyır. Şəkərbura, kətə ayın, paxlava, qoğal günəşin rəmzidir, qurabiyələrimiz isə ulduzları xatırladır.

   Tədbirə “S0S” uşaq kəndinin və “Qızıldaş” uşaq evinin körpələri də dəvət olunub.

   Sonda tədbirdə xüsusi fərqləndiklərinə görə “Vinnikulinariya mağazalar şəbəkəsinin və “Azərsun Holdinqin əməkdaşlarına AMKA-nın diplomları təqdim edilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 24 iyul.- S. 6.