Xəzər italyanları gözləyir

 

   “Roma Bakı ətrafında biznes. Xəzər italyanları gözləyir” - İtaliyada çıxan “Il Pesto Del Carlino” qəzetində dərc olunmuş məqalə belə adlanır. Jurnalist Mateo Nakkari Azərbaycan-İtaliya iqtisadi əlaqələrindən bəhs edir. Müəllif bu əlaqələrdə neft-qaz sektorunun xüsusi yeri olduğunu, Azərbaycanın neft-qaz layihələrində İtaliya şirkətlərinin də yer aldığını vurğulayır.

   Məqalədə bildirilir ki, Azərbaycanda neft-qaz sektoru ilə yanaşı, iqtisadiyyatın başqa sahələri də inkişaf edir: “Azərbaycan üçün turizmin, aqrar-sənaye kompleksinin, energetikada innovasiyaların inkişafı ilə birlikdə yeni dövr başlayır”.

   Müəllif ölkənin iqtisadi uğurlarını təsdiq edən rəqəmləri diqqətə çatdırır: “Son illər Azərbaycan iqtisadiyyatına 140 milyard dollar sərmayə yatırılmışdır. 2012-ci ilin hesablamalarına görə ÜDM təxminən 70 milyard dollar təşkil edir. Üstəgəl infrastrukturun inkişaf planları: yollar, aeroportlar, turizmə yatırılan investisiyalar; yeni mehmanxanalar. Bütün bunlara kənd təsərrüfatının külək energetikasının inkişafına yatırılan investisiyaları əlavə etmək olar”.

   Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə toxunulan məqalədə deyilir ki, İtaliya beş ildir Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. 2013-cü ilin ikinci rübündə dövriyyənin həcmi 5,5 milyard avro təşkil edib. Azərbaycandan İtaliyaya ixrac 23 faizdir. İtaliya idxal etdiyi neftin 12,8 faizini ölkəmizdən alır. Saipemşirkətindən başqa Bakıda onun ətraflarında inşaat sahəsində “Toxin I-Salim”, yaxudFinmecznicakimi biznes nəhəngləri təmsil olunub. Neft qaz hasilatının təmin edilməsi, xidmət məsləhətlər, o cümlədən tikinti arxitekturada xidmətlər məsləhətlər sahəsində imkanlar vardır. Venesiya Dizayntunellərin qalereyaların tikintisində yerli şirkətlərə kömək edir.

   Məqalədə deyilir: “Hökumət italyanlara gözəl münasibət bəsləyir. Burada italyan musiqisini və filmlərini sevirlər”.

 

Mədəniyyət.- 2013.- 24 iyul.- S. 7.