Serb yazıçısının “Ramazan gecələri”

 

   Bakıda serb yazıçısı, məşhur komedioqraf Branislav Nuşiçin (1864-1938) “Ramazan gecələri” kitabı nəşr olunub. Serbiya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Çaşıoğlu” nəşriyyatında işıq üzü görən kitaba müəllifin hekayələri daxil edilib.

   Ramazan gecələri” toplusu ilk dəfə 1922-ci ildə Belqradda çap olunub. Hekayələrdə yazıçının diplomatik xidməti zamanı MakedoniyaKosovonun müsəlman əhalisinin həyatında müşahidə etdiyi maraqlı, sentimental səhnələr yer alıb.

   Serbiyada uşaq teatrının yaradıcılarından olan dramaturq Branislav Nuşiçin satirik komediyaları dünya ədəbiyyatı fonduna daxil edilib. Onun iki pyesi - “Nazir xanım” və “Fəlsəfə doktoru” əsərləri Azərbaycan Dövlət Akademik Dram Teatrı və Dövlət Rus Dram Teatrında tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 4.