Qarabağ sülh naminə səs verin

 

Azərbaycanlı gənclər Moskvada kampaniya həyata keçiriblər

  

   Xaricdə Təhsil Alan Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) bu ilin may ayından başladığıQarabağ sülh naminə səs verinkampaniyası çərçivəsində indiyədək 17 ölkədə insanları sülhə birliyə çağıran tədbirlər təşkil edib. Kampaniyanın əsas məqsədi beynəlxalq təşkilatların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin günahsız qurbanlarına yönəltmək bu qurumları məcburi şəkildə evlərindən didərgin salınmış minlərlə insanın taleyi barədə düşünməyə vadar etməkdir.

   Növbəti tədbir Rusiyanın paytaxtı Moskvanın mərkəzi küçələrindən birində keçirilib. Azərbaycanın Ağdam rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal olunmasının (23 iyul 1993-cü il) 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə tələbələrimiz Qarabağ, sülh ədalət üçün öz haqq səslərini dünyaya çatdırıblar.

   Qarabağsülh naminə səs verin” kampaniyasında hər kəs iştirak edə bilər. Daha ətraflı məlumatı www.voicesforkarabakh.com internet səhifəsindən almaq olar.

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 15.