“Cəhənnəm sakinləri” Londonda nümayiş olunub

 

   Londonda Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin \"Cəhənnəm sakinləri\" pyesi əsasında eyniadlı tamaşanın premyerası olub. Əsər “Theatro Technisin səhnəsində nümayiş olunub.  

   Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rejissor Deyvid Perri tamaşa haqqında ətraflı məlumat verib, tamaşanın təşkilində verdikləri dəstəyə görə müvafiq qurumlara minnətdarlığını bildirib.

   Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov mədəniyyətin diplomatiyadakı xüsusi əhəmiyyətindən bəhs edib. Bildirilib ki, mədəni tədbirlər ölkələr arasında körpü rolunu oynayır. Xalqların bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin müstəsna önəmi var.

   Xalq yazıçısı Elçinin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verən səfir qeyd edib ki, ədib 100-dən çox kitabın müəllifidir, əsərləri 40-dan artıq dilə tərcümə edilib. 1960-cı illərdə tanınmağa başlayan yazıçı sovet rejiminin məhdudiyyətləri çərçivəsində realizm konsepsiyasından məharətlə istifadə edib. Müəllifin çoxsaylı dram əsərləri \"Elçin teatrı\" kimi tanınıb. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri dəyərlərlə birləşdirən incə bir metodologiyadır. Diplomat yazıçının \"Şekspir\" pyesinin xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığını vurğulayıb.

   Daha sonra nümayiş etdirilən \"Cəhənnəm sakinləri\" əsəri tamaşaçılarda böyük rəğbət doğurub.

   Pyesdə hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa, dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, istinormal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ərlə-arvadın təzadlı tale yolundan bəhs edir.

   Səhnə əsərində cərəyan edən dramatik hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Sonda bir sual yaranır: “Görəsən, biz də cəhənnəm sakinləriyik?!”

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 6.