Sənət və idmanın sintezi

 

   Mədəniyyət və Turizm Nazirliyinin və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində Koreya Respublikasının Kyunq Hi Universiteti rəqs qrupunun konserti olub.

   Tədbirdə “Koreya təəssüratı”, “Rəqs üçün”, “Təbrik rəqsi” və digər maraqlı rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

   Daha sonra Dünya Taekvondo Federasiyasının yığma komandası üzvlərinin təqdim etdikləri çətin və həyəcanlı nümunələr tamaşaçılarda böyük marağa səbəb olub. Sonda iştirakçılara hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 6.