Tədris ili müvəffəqiyyətlə başa çatıb

 

   Xəzər rayonundakı 4 nömrəli uşaq incəsənət məktəbinin illik yekun konserti keçirilib. Konsertdə məktəbin xalq çalğı alətləri və qarmonçalanlar ansamblı, uşaq xoru, “Leyla” rəqs kollektivi və tədris ili ərzində müxtəlif müsabiqələrdə uğur qazanmış şagirdlər çıxış ediblər.

   Tədbirin sonunda məktəbin direktoru şagirdlərin bu il əldə etdikləri nailiyyətlərdən danışıb, müvəffəqiyyətlə başa çatan tədris ili münasibətilə hamını təbrik edib, yeni dərs ilində də uğurların davamlı olacağına inandığını bildirib.

 

Mədəniyyət.- 2013.- 14 iyun.- S. 3.