Əlyazmalarımızın surəti İordaniyada sərgilənib

 

   İordaniyanın paytaxtı Əmman şəhərində, bu ölkənin Milli Kitabxanasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nəfis əlyazmaların fotosurətlərinin sərgisi keçirilib. Sərgi İordaniyanın Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmmandakı səfirliyi və Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Sərgidə ərəbdilli əsərlərə üstünlük verilsə də, farstürkdilli əlyazmaların, o cümlədən Nizami Gəncəvinin əsərlərinin nəfis əlyazma nüsxələrinin surətləri nümayiş etdirilib. Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Kamandar Şərifov sərgini ziyarət edənlərə eksponatlar barədə ətraflı məlumat verib.

 

   Fariz

 

Mədəniyyət.- 2013.- 14 iyun.- S. 4.