Qarabağ hekayələri” Paris və Bazeldə təqdim olunub

 

   Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı Gunel Anarqızının fransız dilinə tərcümə edilmişQarabağ hekayələri” kitabının təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin, Texnika Bankın, Fransada fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə Fransa ictimaiyyəti nümayəndələri, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspora təmsilçiləri iştirak edib. Mərasimdə çıxış edən fransalı televiziya rejissoru Jil Trişar iki ölkə xalqlarının dostluğundan, Azərbaycan ədəbiyyatının zənginliyindən bəhs edib, Günel Anarqızının yaradıcılığı barədə məlumat verib. Aktyorlar Alen TemoliyerTierri Bomanvin ifasında yazıçının iki hekayəsi qonaqlara təqdim edilib.

   Qarabağ hekayələri” kitabının alman dilində nəşri isə İsveçrənin Bazel şəhərində “Azərbaycanın Dostları” cəmiyyətinin təşəbbüsü və ölkəmizin səfirliyinin dəstəyi ilə təqdim olunub. Şəhərin tarixi məkanlarından olan Mütaliəni Sevənlər Cəmiyyətində keçirilən tədbirdə çıxış edən jurnalist Markus Bodmer layihə haqqında məlumat verib.

   Qonaqları salamlayan Günel Anarqızı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən və bu problemin ədəbiyyat vasitəsilə dünyaya çatdırılmasının vacibliyindən danışıb. Sonra aktrisa Mariya Txorjevskaya kitabından iki hekayəni - “Atama məktub” və “Qadın üzlü şəhər”i səsləndirib.

   Tədbirdə isveçrəli jurnalistfotoreportyor Andre Vidmerin Qarabağa və Azərbaycan torpaqlarının işğalına həsr olunmuş fotoalbomu təqdim edilib. Jurnalist 2010-cu ildə Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri ilə bağlı təəssüratlarını bölüşüb, bu ərazilərdə dağıdılıb talan edilmiş tarixi abidələrimizin şəkillərini nümayiş etdirib.

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 15.