“Günəşdən gənclik istədim”

 

   Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyində Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd edilib. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini R.Rəcəbova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri S.Şükürov, ziyalılar, ədəbiyyatsevərlər iştirak ediblər.

   Mərasim vaxtilə N.Rəfibəylinin öz ifasında lentə alınmış şeirlərin səslənməsi ilə başlanıb. Muzeyin direktoru S.Həsənova şairənin həyat yolundan, yaradıcılığından söz açıb. Digər çıxış edənlər Nigar Rəfibəyli haqqında xatirələrini danışıb, şairənin şeirlərindən nümunələr söyləyiblər.

   Tədbirdə 4 saylı uşaq bağçasının fidanlarının, şəhər 3, 4, 7 saylı məktəblərin şagirdlərinin və rayon mədəniyyət evinin özfəaliyyət kollektivi üzvlərinin ifasında N.Rəfibəylinin sözlərinə yazılmış mahnılar, şeirlər səslənib. Sonda R.Babaxanlının Nigar Rəfibəyliyə həsr edilmiş «Dağları duman alanda» sənədli filmi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 15.