Zəngəzurun tarixinə həsr edilmiş saytın təqdimatı

 

   İyunun 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Zəngəzurun tarixinə həsr edilmiş saytın (www.zengezur.com) təqdimatı olub. Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri Birliyi tərəfindən hazırlanıb.

   Saytda Zəngəzur mahalının tarixi keçmişi, tanınmış şəxsiyyətləri haqqında yazılan kitab və məqalələr, sənədlər, eləcə də rus və ingilis dillərində məlumatlar toplanıb. İnternet resurs Azərbaycanın tarixi həqiqətlərinin öyrənilməsi, təbliğində faydalı mənbə olacaq.

   Tədbirdə saytın videoarxivində toplanmış ulu Zəngəzur ellərinin görüntülərinin əks olunduğu ədəbi-musiqili videolentlər nümayiş etdirilib.

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 2.