2013-cü ilinFolklor paytaxtı”nın təqdimat mərasimi

 

   Xəbər verdiyimiz kimi, Mədəniyyət Turizm Nazirliyinin “2010-2014-cü illər üçünXalq Yaradıcılığı PaytaxtlarıProqramına əsasən, 2013-cü il üçün ZaqatalaAzərbaycanın folklor paytaxtıelan olunub. Martın 5-də rayon mədəniyyət evindəFolklor paytaxtı”nın təntənəli təqdimat mərasimi keçirilib.

 

   Mərasim iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində rayonun folklor nümunələri el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Rayon uşaq incəsənət məktəbinin mədəniyyət müəssisələrinin folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

   Mədəniyyət turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva il ərzində rayonda həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, ZaqatalanınAzərbaycanın folklor paytaxtıelan edilməsi rayonun milli-mənəvi dəyərlərinə, folkloruna verilən yüksək qiymət etimaddır. İl ərzində rayonda silsilə tədbirlərin, respublika beynəlxalq səviyyəli konfransların, festivalların, konsertlərin, sərgilərin keçirilməsi nəzərdə tutulub.

   Rayonun folklor nümunələrini əks etdirən filmin nümayişindən sonra ZaqatalanınAzərbaycanın folklor paytaxtıelan edilməsi ilə bağlı hazırlanmış xatirə kuboku tədbir iştirakçılarına təqdim olunub.

 

 

   Mədəniyyət.- 2013.-6 mart.- S. 2.