Kürdəmirdə Cabir Novruzun 80 illiyi qeyd edilib

 

   Kürdəmir rayon MKS- Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun 80 illik yubileyi ilə bağlı tədbir keçirildi.

  

   AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə təşkil etdiyi tədbiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Cabir Novruzun yaradıcılığından, illər keçdikcə təravətini itirməyən şeirlərindən danışdı. Sonra MKS-nin direktor müavini İradə Mahmudova tərəfindən Cabir Novruzun həyat fəaliyyəti ilə bağlı slayd təqdim olundu.

   Kürdəmir Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Vaqif Alıyev, MKS-nin direktoru Şahalı Şıxaliyev, 1 saylı orta məktəbin tarix müəllimi Ağa Zeynallı, Kürdəmir Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva Cabir Novruz yaradıcılığı barədə ətraflı məlumat verdilər. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin əməkdaşı, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Hacıyev Xalq şairi ilə şəxsi tanışlığı barədə söhbət açaraq şairin əsərləri ilə bağlı fikirlərini bölüşdülər.

   Tədbirdə müğənnilərin ifasında Cabir Novruzun sözlərinə yazılmış mahnılar səsləndirildi, Mərkəzi Kitabxananın əməkdaşları Xalidə Azayeva, Ərəstun Sadıqov, 1 saylı orta məktəbin şagirdi Xalid Nəbiyev şairin şeirlərini söylədilər. İştirakçılarCabir Novruz-80” adlı sərgi ilə tanış oldular.

  

 

   Məryəm Əliyeva,

   Kürdəmir MKS-nin metodika-

   biblioqrafiya şöbəsinin baş biblioqrafı

 

  Mədəniyyət.- 2013.- 15 mart.- S. 13.