“Azərbaycan muğamının dostları”

 

   Beynəlxalq festival çərçivəsində daha bir maraqlı tədbir İçərişəhərdəki Muğam Klubda gerçəkləşib. Martın 15-də burada keçirilən “Azərbaycan muğamının dostları” mövzusunda görüş-konsertdə ilk olaraq amerikalı musiqiçi Cefri Verbok çıxış edib.

   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, Cefri Verbok ABŞ universitetlərində Azərbaycan muğamı haqqında məruzələr oxuyur, milli musiqi alətlərimiz olan tar, kamançaudda muğamlarımızı ifa edir.

   Sonra Liviyanın “Turasu Libya Makamqrupu çıxış edib. Qrup üzvləri - Məhəmməd əl-Zərruq əl-Mədhun (müğənni), Bəhlul Səid Əbu-Arqub (müğənni), Əbdürrəzzaq Əhməd əl-Fədh (violin, ud), Hişəm Məhəmməd əl-Bəkkəy (qanun), Adil Səlim Şəxtur (zərb aləti) və Mahmud Muxtar Mətuqun (dəf) çıxışı maraqla qarşılanıb. Dini ilahilərin ifası ilə tanınan qrup bir çox ənənəvi musiqi, o cümlədən muğam festivallarında diplomlara layiq görülüb.

   Daha sonra görüş-konsertdə Xalq artisti Ramiz Quliyev və Əməkdar artist Elza Seyidcahanın ifaları dinlənilib.

 

 

   Mədəniyyət.- 2013.- 20 mart.- S. 6.